ABŞ prezidenti Azərbaycana yeni səfir vəzifəsinə Mark Libbinin namizədliyini irəli sürüb

A- A A+

ABŞ prezidenti Co Bayden ölkənin Azərbaycana yeni səfirinin namizədliyini irəli sürüb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi Ağ Evin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumata əsasən, Mark Libbinin ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyi irəli sürülüb.

Mark Libbi hazırda Vaşinqtonda Milli Hərbi Kollecində işləyir.

O, 2021-ci ilin iyununadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini kimi çalışıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: