“İsveç və Finlandiya gözləntilərimizi təmin etmək üçün iradə nümayiş etdirərlərsə, hər iki ölkənin NATO-ya üzvlüyü istiqamətində addımlar atıla bilər”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
“Əgər ən tez müddətdə Ayansa üzv olmaq istəyirlərsə, lazımi addımları atmalıdırlar. Biz kiminsə haqqına göz dikməmişik. Kimsə də bizi təcrid etməsin”, - o söyləyib.