ÇXR-in Sədri Si Cinpin: Hazırda Çin-Azərbaycan münasibətləri sağlam və sabit şəkildə inkişaf edir

A- A A+

Hazırda Çin-Azərbaycan münasibətləri sağlam və sabit şəkildə inkişaf edir. İki ölkə arasında qarşılıqlı siyasi etimad dərinləşir, "Bir kəmər, bir yol" müştərək layihəsi üzrə əməkdaşlıq fəal inkişaf edir və beynəlxalq aləmdə qarşılıqlı fəaliyyət getdikcə möhkəmlənir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Çin Xalq Respublikasının Sədri Si Cinpinin Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.

Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd edən CXR-in Sədri diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin ölkələrimizin və xalqlarımızın rifahı naminə yeni səviyyədə daha da inkişaf etdirilməsi üçün Prezident İlham Əliyev ilə birgə səylər göstərməyə hazır olduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: