Azərbaycan və Türkiyə hərbi pilotları birgə təlim keçirib - FOTOLAR
Azərbaycan və Türkiyə hərbi pilotları birgə təlim keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Təlim Türkiyə Ordu Aviasiya Məktəbində baş tutub.
“Azərbaycan Müdafiə Nazirliyinin Naxçıvan Əlahiddə Ümumqoşun ordusunda fəaliyyət göstərən helikopter pilotları ilə birlikdə axtarış-xilasetmə istiqamətində təcrübə mübadiləsi apardıq”, - nazirlikdən bildirilib.