ABŞ-ın Sanni Ayls Biç şəhərində 2022-ci il 28 may tarixi “Azərbaycanın Müstəqillik Günü” elan olunub

A- A A+

ABŞ-ın Florida ştatındakı Sanni Ayls Biç (Sunny İsles Beach) şəhər meriyasında keçirilən toplantıda 2022-ci il 28 may tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbirdə çıxış edən Florida-Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramova 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlətin qurulduğunu diqqətə çatdırıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, həyata keçirdiyi demokratik islahatlar, o cümlədən qadınlara ilk dəfə səsvermə hüququnun verilməsi barədə ətraflı danışıb. Qeyd edib ki, xalqımız Cümhuriyyət qurucularının miras qoyduqları irsi davam etdirərək çətin mübarizə yolu keçib və 1991-ci ilin payızında ölkəmizin dövlət müstəqilliyinin bərpasına nail olub.

Sonra şəhər meriyasının qəbul etdiyi Bəyannamə Esmira Bayramovaya təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: