Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski ölkəmizi Müstəqillik Günü münasibətilə təbrik edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə səfir tviterdə yazıb.
“Müstəqillik Günü münasibətilə Azərbaycana ən səmimi təbriklərimi çatdırıram. Bu çətin dövrdə bizə göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarıq. Dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edir, hər iki ölkə üçün faydalı olacaq möhkəm əlaqələrimizin möhkəmlənəcəyinə ümid edirik", - paylaşımda deyilir.