Tbilisidəki televiziya qülləsi də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTOLAR

A- A A+

Mayın 28-də axşam saatlarında Gürcüstanın paytaxtı Tbilisinin əsas rəmzlərindən biri olan televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aksiya Azərbaycanın Müstəqillik Günü münasibətilə ölkəmizin Gürcüstandakı səfirliyi tərəfindən təşkil olunub.

Tele qüllə ilə yanaşı, Tbilisinin mərkəzində Kür çayının üzərindəki "Sülh körpüsü" də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: