Əvvəllər “Tunel qırğını” barədə heç nə eşitməmişdim. İlk dəfə bu gün faciə barədə məlumatım oldu. Kəlbəcərdəki bu hadisə Birinci Qarabağ müharibəsində baş verib. Otuz il əvvəl bu cür dəhşətli hadisələr çox olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Kəlbəcərə səfəri zamanı Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp jurnalistlərə açıqlamasında söyləyib.
“Elə bir vaxt çatıb ki, artıq barışıq haqqında düşünmək, qonşular arasında sülhün yaradılması istiqamətində işlər aparmaq lazımdır. Bildiyim qədər hazırda sülh danışıqları gedir. İndi bu imkanlardan istifadə edərək, danışıqlar vasitəsilə inkişaf proseslərinə yönümlü düşünmək və hərəkət etmək vacibdir", - deyə diplomat qeyd edib.
Eyni zamanda Kəlbəcərdə enerji infrastrukturlarının çox sürətlə qurulduğunu və bərpa edildiyini vurğulayan C.Şarp deyib: “Qısa zaman ərzində hidroenerji infrastrukturunun fəaliyyət göstərməsi, enerji xətlərinin çəkilməsi məni çox təəccübləndirdi. Bundan əlavə, Kəlbəcərdə dağların altından tunelin çəkilməsi rayonun Azərbaycanın digər regionları ilə nəqliyyat əlaqələrinin qurulması üçün vacibdir".