Sabah Moskvada regional kommunikasiyaların açılması üçün yaradılmış Üçtərəfli İşçi Qrupun növbəti iclası keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Ermənistan Baş nazirinin müavini, Ermənistanı İşçi qrupda təmsil edən Mqer Qriqoryanın ofisi açıqlama verib.
Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin sədrlik etdiyi İşçi Qrup sonuncu dəfə 2021-ci ilin dekabrında Moskvada toplaşıb.
Azərbaycanı İşçi Qrupda Baş nazirin müavini Şahin Mustafayev, Rusiyanı isə Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk təmsil edir.