Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək

A- A A+

Milli Məclisin deputatı Erkin Qədirli iyunun 6-da Fransanın Paris şəhərinə səfər edəcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, deputat AŞPA-nın İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçilməsi komitəsinin Paris şəhərində keçirilən iclasında iştirak edəcək.

AŞPA-nın komitə iclasında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçilməsi, hakimliyə dair tələblərlə bağlı məsələlər nəzərdən keçiriləcək, komitənin əvvəlki iclasının protokolu təsdiqlənəcək, növbəti iclasının yeri və vaxtı müəyyən ediləcək.

Səfər iyunun 8-də başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: