“RİA Novosti” agentliyi Azərbaycan ərazisində bloklanıb

A- A A+

“RİA Novosti” Azərbaycan ərazisində bloklanıb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi "Caliber.az"a istinadən xəbər verir.

Qeyd edək ki, “RİA Novosti” daha əvvəl erməni separatçılarının “dövlət naziri” Artak Beqlaryanla Azərbaycan ictimaiyyəti arasında geniş rezonans doğuran geniş müsahibəsini dərc edib.

Bu təxribat xarakterli müsahibə Bakıda Azərbaycan və Rusiya arasında Müttəfiq Əməkdaşlıq haqqında Bəyannamənin müddəalarının kobud şəkildə pozulması kimi qiymətləndirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: