Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan arasında üçtərəfli görüş keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu söyləyib.
O qeyd edib ki, Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli görüşü iyunun 6-da baş tutacaq.
Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun iştirak edəcəyi gözlənilir.
Bundan əlavə M. Çavuşoğlu vurğulayıb ki, yaxın iki həftə ərzində Rusiya da daxil olmaqla 9 ölkənin xarici işlər nazirləri Türkiyəyə rəsmi səfərlər edəcəklər.