ANAMA: Azad edilmiş ərazilərdə daha 79 mina aşkarlanıb

A- A A+

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, iyunun 1-dən iyunun 4-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 54 piyada əleyhinə mina, 25 tank əleyhinə mina və 206 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.Bildirilib ki, 357 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: