Türkiyə Prezidenti “Efes-2022” beynəlxalq hərbi təlimlərini izləyəcək

A- A A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Efes-2022” beynəlxalq hərbi təlimlərinin İzmirdə keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”nün iyunun 9-da olacaq hissəsində prosesi izləyəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı “Efes-2022” təlimlərinin mətbuat mərkəzi yayıb.

Bildirilir ki, Türkiyənin dövlət başçısının Azərbaycanın da iştirakı ilə keçirilən təlimlər çərçivəsində nitq söyləyəcəyi nəzərdə tutulub.

Qeyd edək ki, mayın 9-da başlanan təlimlər sabah başa çatacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: