Yüksək səviyyəli qonaqlar “Efes-2022” beynəlxalq təlimini izləyiblər

A- A A+

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov yüksək səviyyəli qonaqlarla birgə “Efes-2022” çoxmillətli təlimini izləyib.

Müdafiə Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, təlimin gecə saatlarında keçirilən mərhələsində aşkar edilən dəniz minasının zərərsizləşdirilməsi və terrorçular tərəfindən zəbt edilən gəminin azad olunması tapşırıqları yerinə yetirilib.

Qeyd edək ki, təlimə Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçumuz da cəlb edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: