ABŞ Azərbaycanda və Cənubi Qafqazda dinc və firavan gələcəyin təmin edilməsini öz öhdəliyinə götürüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri iyunun 9-da jurnalistlərlə keçirilən dəyirmi masada ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger söyləyib.
“ABŞ ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə regionda uzun, davamlı sülhün təmin olunmasına kömək göstərməyə hazırdır. Regionun bütün ölkələri arasında kommunikasiyaların açılması çox vacibdir”, - deyə səfir qeyd edib.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ABŞ-a vacib səfərinin baş tutduğunu bildirən diplomat səfər zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşdırılmasında ABŞ-ın oynadığı rolun müzakirə olunduğunu da diqqətə çatdırıb.