Azərbaycanın Gürcüstandakı səfirliyi Trabzon deklarasiyasının 10-cu ildönümü ilə əlaqədar paylaşım edib

A- A A+

Azərbaycanın Gürcüstandakı səfirliyi Trabzon deklarasiyasının imzalanmasının 10 illiyi ilə əlaqədar paylaşım edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səfirliyin feysbuk səhifəsində bununla bağlı material yerləşdirilib.

Materialda bildirilir ki, 2012-ci ildə xarici işlər nazirləri tərəfindən imzalanmış və hazırda uğurla fəaliyyət göstərən Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı (Trabzon deklarasiyası) çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində mühüm siyasi əhəmiyyət kəsb edən işlək mexanizmdir.

Trabzon deklarasiyası üç ölkə arasında əməkdaşlığın prioritet istiqamətlərini, o cümlədən beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, birgə enerji və nəqliyyat layihələrini müəyyən edir.

2012-ci ilin iyun ayının 8-də Türkiyənin Trabzon şəhərində yaradılan bu mexanizmə prezidentlər, parlamentlər, müdafiə nazirləri və digər qurumlar səviyyəsində əməkdaşlıq formatları da daxildir.

Həmçinin üçtərəfli iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün üçtərəfli biznes forumların keçirilməsi təcrübəsi də mövcuddur.

İmzalanan deklarasiyaya əsasən, ölkələr bütün sahələrdə, xüsusilə ticarət, enerji, nəqliyyat, maliyyə və bank sahəsində, o cümlədən ətraf mühitin mühafizəsi sahəsində birgə layihələr və əməkdaşlıq planları vasitəsilə əlaqələrin daha da inkişafına kömək etmək barədə razılığa gəliblər.

Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri ilə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi regional enerji layihələri bu baxımdan da böyük əhəmiyyət kəsb edir.

Eləcə də TANAP, TAP və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin tam həyata keçirilməsi üçün əməkdaşlıq uğurla davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: