YAP Milli Qurtuluş Gününə həsr olunan lektoriya keçirib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatında Milli Qurtuluş Gününə həsr olunan lektoriya keçirilib.

YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Sədrinin müavini, aparatın rəhbəri Anar İbrahimov bildirib ki, çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Heydər Əliyev zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhvali-ruhiyyə ilə qeyd edir.

"Bu gün ulu öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir",- deyən Anar İbrahimov qeyd edib ki, artıq Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

YAP Naxçıvan şəhər Təşkilatının sədri Elman Cəfərli görkəmli dövlət xadimi Heydər Əliyevin ordu quruculuğu sahəsində göstərdiyi misilsiz xidmətləri diqqətə çatdırıb. Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi, Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova "Heydər Əliyev və Azərbaycan gənclər siyasəti" mövzusunda çıxış edib. Bildirib ki, Naxçıvan Muxtar Respublikasında dövlət gənclər siyasəti ümummilli liderin ideyaları əsasında uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikasında intellektual, vətənpərvər, sağlam ruhlu, özünəinamlı, mübariz gənclik yetişir.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: