Türk Dövlətləri Təşkilatı Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı təşkilatın rəsmi tviter hesabında paylaşım edilib.
Paylaşımda deyilir: “15 İyun - Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə Azərbaycan hökumətinə və qardaş xalqına ən səmimi təbriklərimizi çatdırır, ölkənin ümummilli lideri Heydər Əliyevi dərin hörmət və rəhmətlə yad edirik”.