Prokurorluq: ANAMA-nın əməkdaşı Cəbrayıl rayonunda minaya düşərək xəsarət alıb - YENİLƏNİB

A- A A+

İyunun 17-si saat 09 radələrində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1991-ci il təvəllüdlü Ruhin Vəliyev piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Cəbrayıl Rayon Prokurorluğunun NUHÇIXAN İnformasiya Agentliyinə daxil olan məlumatında bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: