Azərbaycan və Rusiya xarici işlər nazirləri telefonla danışıb

A- A A+

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Nazirlər, ikitərəfli gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Bölgədəki cari vəziyyəti, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması məsələlərini müzakirə edən tərəflər, üçtərəfli bəyanatların tam icrasının vacibliyini vurğulayıblar.

Telefon danışığı zamanı, müzakirələrin Rusiya xarici işlər nazirinin Azərbaycana səfəri çərçivəsində davam etdirilməsi razılaşdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: