Azərbaycan HHQ aviasiya vasitələri Türkiyədə təlimlərə qatılıb - VİDEO

A- A A+

Türkiyə Milli Müdafiə Nazirliyi bu ölkədə, o cümlədən Azərbaycan HHQ pilotları və aviasiya vasitələrinin də iştirakı ilə keçiriləcək "Anadolu Qartalı- 2022" təlimi çərçivəsində hazırlıq uçuşlarını əks etdirən görüntülər yayımlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qeyd olunan görüntülər qurumun "Twitter" səhifəsinə paylaşılıb.

"2022-ci il 20 iyun - 1 iyul tarixlərində keçirilməsi planlaşdırılan "Anadolu Qartalı - 2022" təliminə qatılacaq Hərbi Hava Qüvvələrimizin təyyarələri ilə dost və müttəfiq ölkələrin təyyarələrinin Konyadakı 3-cü Əsas Qırıcı Baza Komandanlığına təhvil verilməsinin görüntüləri",- paylaşımda vurğulanır.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Müdafiə Nazirliyi hərbi pilotlar və aviasiya vasitələrimizin Türkiyədə beynəlxalq təlimlərə qatılacağını bildirmişdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: