Hulusi Akar: “Taxıl dəhlizi” ilə bağlı İstanbulda əməliyyat mərkəzinin yaradılması barədə fikir birliyi var

249

Taxıl yüklü gəmilərin Ukrayna limanlarından çıxarılması üçün yaradılması planlaşdırılan “taxıl dəhlizi” ilə bağlı İstanbulda əməliyyat mərkəzinin yaradılması barədə fikir birliyi var.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ərzaq böhranının həllinə dair diplomatik səyləri və göstərişləri əsasında Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə danışıqların davam etdiyini qeyd edən nazir Akar iyunun 21-də Moskvada heyətlər arasında keçirilən görüş barədə məlumat verib.

Bildirilib ki, görüşdə Ukrayna limanlarında gözləyən taxıl gəmilərinin təhlükəsiz daşınması üçün atılacaq addımlar müzakirə olunub. Bu mövzuda ciddi irəliləyişlər əldə edilib. İstanbulda əməliyyat mərkəzinin yaradılması ilə bağlı ümumi fikir yaranıb.

Yaxın günlərdə Ukrayna və BMT rəsmiləri ilə danışıqlarının olacağını deyən nazir bunun nəticəsində vəziyyəti ortaq bir nöqtəyə gətirməyi planlaşdırdıqlarını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: