Füzulinin Polis Şöbəsinin əməkdaşı minaya düşüb

A- A A+

İyunun 26-da saat 21 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı 1989-cu il təvəllüdlü İlham Salmanov xidmətdən kənar vaxtda Füzuli rayonunun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Xəsarət almış polis serjantı İlham Salmanov xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti qənaətbəxşdir.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: