Ceyhun Bayramov: İnanırıq ki, üçtərəfli format regionda təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində effektiv platforma rolunu oynayacaq

A- A A+

Qlobal təhlükəsizliyə qarşı artan təhdidlər fonunda üçtərəfli əməkdaşlığımız böyük əhəmiyyət kəsb edir. Nəqliyyat və kommunikasiya bizim daha sıx və qarşılıqlı fəaliyyət göstərəcəyimiz sahələrdir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov iyunun 27-də Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin ilk üçtərəfli görüşündə deyib.

Nazir vurğulayıb ki, Azərbaycanın yeni hədəfi regionda sabitliyə nail olmaqdır.

Ceyhun Bayramov Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli formatının regionda təhlükəsizlik, sabitlik və əməkdaşlığın gücləndirilməsi baxımından effektiv platforma rolunu oynayacağından əminliyini ifadə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: