NUHÇIXAN-a Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən verilən xəbərə görə Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti komanda-qərargah təlimi uğurla başa çatıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub. Təlimdə Əlahiddə Ümumqoşun Ordunun “Tam müdafiə” döyüşə hazırolma dərəcəsinə gətirilməsi, birinci eşolon birləşmələri tərəfindən düşmənin qəfil hücumlarının və diversiya-kəşfiyyat fəaliyyətlərinin qarşısının alınması, ehtiyat birləşmə və hissələrin “Həyacan” siqnalı ilə döyüş təyinatlı rayonlara çıxarılması, müdafiə əməliyyatına hazırlıq və müdafiənin aparılması mövzuları işlənib. Təlimin ssenarisinə uyğun olaraq praktiki fəaliyyətə cəlb olunan birləşmə və hissələr təlim ərazisinə çıxarılaraq döyüş atışlarını icra ediblər.