Türkiyə Quru Qoşunlarının yaradılmasından 2231 il ötür - VİDEO

A- A A+

“NATO, BMT, Avropa İttifaqı daxilində və ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan, Liviya, Kosova, Bosniya və Hersoqovina, Qətər, Somali kimi dost, qardaş və müttəfiq ölkələrdə uğurla fəaliyyət göstərən Quru Qoşunlarımız tariximizə, mədəniyyətimizə və babalarımızın mirasına yaraşan formada beynəlxalq sülh və sabitliyə töhfə verir, eyni zamanda təlim və təhsillərinə davam edirlər”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin ölkənin Quru Qoşunlarının yaradılmasının 2231-ci ildönümü münasibətilə yaydığı bəyanatda bildirilib.

“Ordu millət” məhfumunun ən gözəl nümunələrindən biri olan Quru Qoşunlarımız bu günə qədər olduğu kimi, bundan sonra da ona veriləcək hər cür vəzifəni milli, mənəvi və peşə dəyərlərindən aldığı ilhamla uğurla yerinə yetirəcəyinə və millətimizin qürur mənbəyi olacağına inanırıq”, - nazirlikdən qeyd olunub.

Qeyd edək ki, Türkiyədə Quru Qoşunlarının yaranması Hun imperiyasının dövrünə təsadüf edir. Qardaş ölkənin Quru Qoşunlarının tarixi eramızdan əvvəl 209-cu ildən hesablanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: