Radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrində təlim-metodiki toplanış keçirilib - VİDEO

A- A A+

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən hərbi hissələrin radiasiya, kimyəvi və bioloji mühafizə xidməti rəisləri və bölmə komandirləri ilə tapşırıqların daha keyfiyyətlə yerinə yetirilməsi məqsədilə təlim-metodiki toplanış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnormasiya Agentliyinə bildiriblər ki, toplanışda bölmələrin uzlaşmış fəaliyyətinin, eləcə də tapşırıqların icrası zamanı şəxsi heyətin praktiki vərdiş və bacarıqlarının, həmçinin mənəvi-psixoloji dözümlüyünün artırılmasında zabitlərin üzərinə düşən vəzifələrdən danışılıb.

Aparılan müzakirələrdə komandir heyətinə müvafiq rəhbər sənədlərin hazırlanması və icrası ilə bağlı nəzəri və praktiki kömək göstərilib.

Təlim-metodiki məşğələlərdə, həmçinin Azərbaycan Ordusunun döyüş qabiliyyətinə təsir edən mövzular barədə ətraflı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: