Misir mətbuatı Ermənistanın növbəti hərbi təxribatından yazıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Misirin “Nil”, “Şuruq” və “Əxbar Əl Yom” qəzetlərində Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi növbəti hərbi təxribat haqqında xəbərlər dərc olunub.

Xəbərlərdə bildirilib ki, iyulun 4-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini iriçaplı silahlardan intensiv atəşə tutub.

Xəbərlərdə diqqətə çatdırılıb ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb və hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: