Azərbaycan hərbçilərinin tapıntısı Ermənistan Müdafiə Nazirliyini ifşa edib

A- A A+

Azərbaycan hərbçiləri Zod qızıl mədəni yaxınlığında Su-25 hərbi təyyarəsinin fraqmentlərini tapıblar. NUHÇIXAN İnformasiya Agentliyi Caliber.Az-a istinadən xəbər verir ki, bu faktı Ermənistan Müdafiə Nazirliyinin saxtakarlarından biri üzə çıxarıb.

Hələ 44 günlük müharibənin ilk günlərində nazirlikdən bildirilib ki, guya Türkiyəyə məxsus F-16 təyyarəsi Ermənistana məxsus Su-25-i vurub. Əslində isə o zaman səmada iki erməni Su-25-i toqquşub. Ermənistan Müdafiə Nazirliyi tərəfindən hadisədə xəyali Türkiyə F-16-sının iştirakına dair heç bir sübut təqdim olunmayıb.

Azərbaycan hərbçilərinin bu yaxınlarda aşkar etdikləri tapıntılar hadisəyə aydınlıq gətirib. Azərbaycanlı mütəxəssislər üçün ekspertiza aparmaq və Su-25-in düşməsinin əsl səbəbini müəyyən etmək çətin olmayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: