ABŞ Konqresinin üzvləri Ermənistana səfəri ləğv ediblər

A- A A+

ABŞ Konqresinin üzvləri Ermənistana iyunun 30-na nəzərdə tutulan səfəri ləğv ediblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı “Hraparak” yayıb.

Bildirilib ki, nümayəndə heyətinin Ermənistan parlamentinin sədri Alen Simonyan və başqa fraksiyaların başçıları ilə görüşləri planlaşdırılsa da, səfər ləğv olunub.

Belə ki, konqresmenlər son anda Ermənistan parlamentinin sədrinə müraciət edərək hazırda səfər edə bilməyəcəklərini bildiriblər. Onlar səfəri ləğv etmələrinin səbəbini açıqlamayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: