Ermənistanın Azərbaycanın mədəni irsinə qarşı törətdiyi vandalizm aktları ilə bağlı sayt yaradılıb

A- A A+

Ermənistanın işğalından azad olunan Azərbaycan ərazilərində yerləşən tarix-mədəniyyət abidələrinin real vəziyyətini dünyaya çatdırmaq üçün yeni portal yaradılıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, heritage.gov.az saytını Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti hazırlayıb.

Saytın yaradılmasında məqsəd işğal dövründə mədəni irs nümunələrimizə qarşı Ermənistan tərəfindən həyata keçirilən vandalizm, özününkiləşdirmə və dağıntı faktlarını açıq internet resurslarında yerləşdirməklə törədilən qanunsuz əməllər barədə geniş ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.

İyulun 7-də saytın təqdimat mərasimi keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: