"Gökdoğan" raketləri ilin sonuna qədər Türkiyə HHQ-nin silahlanmasına keçəcək

A- A A+

Türkiyə yerli istehsal olan radiolokasiya avtomatik tuşlama başlıqlı “Gökdoğan” hava-hava raketlərini sınaqdan keçirib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir yazıb.

İdarə olunan aviasiya raketi Türkiyə Elmi və Texniki Araşdırmalar Şurası (TÜBİTAK) və Müdafiə Sənayesi Araşdırma İnstitutunun (SAGE) mütəxəssislərinin birgə səyləri ilə hazırlanıb.

"Göktuğ" layihəsi çərçivəsində "Gökdoğan" raketinin sınaqları davam edir. "Gökdoğan" raketinin radiolokasiya avtomatik tuşlama başlığı ilə buraxılış həyata keçirilib. Yerli raketlər "Gökdoğan" və "Bozdoğan" bu il Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına keçəcək", - deyə İ.Dəmir bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: