Xocavənddə Türkiyə vətəndaşının idarə etdiyi ekskavator minaya düşüb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Xocavənd Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, iyulun 14-ü saat 14 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində Türkiyə Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Yalpiri Yıldırayın minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla həmin ərazidə təmir-tikinti işləri aparılan zaman tikinti şirkətində ekskavator sürücüsü kimi çalışan Yalpiri Yıldırayın minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Hazırda faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.