Əminəm ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tbilisidə keçirilən görüşündə, yəni, bu prosesdə konkret əlverişli nəticələr əldə olunacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, ehtiyac olduğu halda Gürcüstan hakimiyyəti bu prosesin davam etməsinə mümkün qədər öz töhfəsini verəcək.