Türkiyə mediası Azərbaycan və Türkiyə prezidentlərinin telefon danışığını geniş işıqlandırıb - FOTOLAR

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyevin 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etməsi, eləcə də dövlətimizin başçısının türkiyəli həmkarına eyni məzmunda məktub ünvanlaması qardaş ölkənin kütləvi informasiya vasitələri (KİV) tərəfindən geniş işıqlandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Anadolu və İHA xəbər agentlikləri, “TRT Haber”, “A Haber”, “CNN türk”, “Haber global” telekanalları, “Yeni şafak”, “Milliyet”, “Hürriyet”, “Vatan” və digər qəzetlər daxil olmaqla, ölkənin əsas media qurumları, həmçinin əyalət KİV-ləri telefon danışığı barədə ictimaiyyətə geniş məlumat çatdırıblar.

Yazılarda diqqətə çatdırılır ki, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Vurğulanır ki, telefon zənginə və göstərilən diqqətə görə Azərbaycan dövlətinin başçısına təşəkkürünü bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Türkiyə ilə Azərbaycanın yaxşı və pis günlərdə göstərdikləri birlik və bərabərlik əsl qardaşlıq həmrəyliyi sərgiləyir.

Məlumatlarda həmçinin bildirilib ki, liderlər dünyada bənzəri olmayan Azərbaycan-Türkiyə əlaqələrinin dinamik inkişafından məmnunluqlarını ifadə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: