Gürcüstan XİN: Tbilisi gələcəkdə də Azərbaycanla Ermənistan arasında dialoqa ev sahibliyi etməyə hazırdır

A- A A+

İyulun 16-da Azərbaycan, Gürcüstan və Ermənistanın xarici işlər nazirləri arasında Tbilisidə keçirilən görüşdə regional məsələlər müzakirə olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Gürcüstan ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq, həmçinin Gürcüstanın Ermənistanla mehriban qonşuluq münasibətləri məmnunluqla qeyd olunub.

Regionda sabitliyin və sabit inkişafın təmin olunması üçün birgə səylərin vacibliyi vurğulanıb. Bu kontekstdə Gürcüstan tərəfi iki ölkənin XİN başçısının Tbilisiyə səfərini alqışlayıb, bölgədə sülh və sabitliyin təşviqinə hazır olduğunu bir daha vurğulayıb.

Məlumatda vurğulanır ki, Gürcüstan gələcəkdə də regionun ümumi inkişafı naminə Azərbaycanla Ermənistan arasında oxşar formatda dialoqa ev sahibliyi etməyə hazırdır.

Nazirlik, həmçinin regionun sabit inkişafı naminə birgə səylərlə müxtəlif məsələlərin həllinə nail olunacağına, müsbət dinamikanın yaradılacağına və bölgənin potensialını inkişaf etdirməyin mümkün olacağına inamını ifadə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: