Yaponiya portalı Prezident İlham Əliyevin Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etməsindən yazıb

A- A A+

Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul etməsi barədə məlumatlar yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yapon və ingilis dilində yayılan məlumatlarda görüş zamanı Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması, kommunikasiyaların açılması barədə geniş fikir mübadiləsinin aparıldığı qeyd edilib. Həmçinin Azərbaycanın üzləşdiyi mina problemi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlılarla bağlı mövzulara da toxunulub.

Məlumatlarda Azərbaycan Prezidentinin Brüsseldə keçirilmiş görüşlərin nəticəsi olaraq əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğuladığı qeyd edilib. Eyni zamanda, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin zəruriliyi vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: