ABŞ dövlət katibi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təqdir edib

A- A A+

ABŞ dövlət katibi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təqdir edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, iyulun 16-da Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunublar. Tərəflər götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar. Bununla yanaşı, nazir Ceyhun Bayramov itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb.

Baş tutmuş görüşlə əlaqədar, ABŞ dövlət katibi Entoni Blinken tviter hesabında nazirlərin görüşünü “müsbət addım adlandırıb” və dialoqun Azərbaycan və Ermənistanın fikir ayrılıqlarının həllinin ən etibarlı yolu olduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: