Minatəmizləmə Agentliyi (ANAMA) 24 ildə aşkarlanan minaların sayını açıqlayıb
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə ANAMA-dan məlumat verilib.
Bildirilib ki, bu müddət ərzində 70 437.9 hektar ərazi olmaqla, 845 180 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək təmizlənib.
Qeyd edək ki, bu gün Agentlik təsis olunmasının 24-cü il dönümünü qeyd edir.