Rusiya aviaşirkəti Novosibirsk–Bakı marşrutu üzrə uçuşların sayını artırır

A- A A+

Rusiyanın “IrAero” şirkəti avqustun 1-dən Novosibirsk–Bakı– Novosibirsk marşrutu üzrə həftəlik uçuşların sayını 1-dən 5-ə çatdıracaq.

NUHÇIXAN İnformasiya Agentliyi bu barədə aviaşirkətə istinadən xəbər verir.

Məlumata görə, aviareyslər həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri "Superjet-100" markalı təyyarələrilə həyata keçiriləcək. Bir tərəfli biletin qiyməti 17 min rubldur (təxminən 510 manat)

“IrAero" bu uçuşlarla Novosibirskdən beynəlxalq uçuşlar proqramını əhəmiyyətli dərəcədə genişləndirir", - deyə aviaşirkətin mətbuat katibi Nikolay Bessonov bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: