Bolqarıstanın Baş naziri vəzifəsini icra edən Kiril Petkov Azərbaycana səfərə gəlib

A- A A+

Bolqarıstan Respublikasının Baş naziri vəzifəsini icra edən Kiril Petkov iyulun 21-də Azərbaycan Respublikasına səfərə gəlib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Kiril Petkovu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: