Anadolu Agentliyi: Prezident İlham Əliyevin qətiyyətlə söylədiyi “Qarabağa Böyük Qayıdış” başladı

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətlə söylədiyi “Böyük Qayıdış” və illər əvvəl işğal səbəbindən torpaqlarını tərk etmək məcburiyyətində qalan yüz minlərlə insanın öz yurduna qayıtmasını nəzərdə tutan proqram çərçivəsində ilk qayıdış həyata keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözlər Türkiyənin Anadolu agentliyinin Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə iyulun 19-da əhalinin köçürülməsinə start verilməsi ilə bağlı məlumatında yer alıb.

“Azərbaycanda işğaldan azad olunan bölgələrə “Böyük Qayıdış” başladı” sərlövhəli yazı Ağalıdan video və fotolarla təqdim olunub.

İnformasiyada həyatın yenidən qayıtdığı doğma torpaqlarımızda Böyük Qayıdışı təmin etmək üçün görülən yenidənqurma və işləri, bütün istiqamətlər üzrə infrastrukturun bərpası, genişmiqyaslı işlər və sosial layihələr barədə müfəssəl məlumat verilir. Diqqətə çatdırılır ki, insanlar doğma yurdlarına böyük sevinc hissi ilə qayıdır və dövlətlərinə olan tükənməz məhəbbətlərini ifadə edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: