Türkiyə kəşfiyyatı "Kəndal erməni"ni zərərsizləşdirib

A- A A+

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada xüsusi əməliyyat keçirib.

NUHÇIXAN İnformasiya Agentliyi "Haber Global"a istinadən xəbər verir ki, PKK/YPG-nin bu ölkənin şimal-şərqində Türkiyə ilə sərhəddə yerləşən Ayn-əl-Ərəb (Kobani) şəhəri üzrə terror əməliyyatlarına cavabdehlik daşıyan "Kəndal erməni" kod adlı Şahin Tekintanğacı zərərsizləşdirib.

Təhlükəsizlik qüvvələri əvvəllər Ağrı, Qars, Van, Bingöl, Bitlis və digər kəndlərdə terror təşkilatı adına fəaliyyət göstərən terrorçu Tekintanğacın yerini müəyyən edib. O, bir çox terror aktlarında şəxsən iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: