Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Prezident Vladimir Putin sentyabrın 27-də Rusiya və Azərbaycan regionlarının IX forumunda, sonra isə sentyabrın 27-28-də Düşənbədə MDB ölkələrinin Dövlət başçıları Şurasının iclasında iştirak edəcək.
NUHÇIXAN xəbər verir ki, D.Peskov deyib: “Sabah axşam Prezident artıq Düşənbədə olacaq, orada qeyri-rəsmi naharda iştirak edəcək. Sentyabrın 28-də Düşənbədə MDB ölkələrinin Dövlət başçıları Şurası çərçivəsində tədbirlər keçiriləcək. Bundan əvvəl, sabah səhər tezdən Prezident Bakıya uçacaq. Orada Rusiya və Azərbaycan regionlarının forumu keçiriləcək. Dövlət başçıları Vladimir Putin və İlham Əliyev regionların rəhbərləri ilə söhbət edəcək, onların qarşısında çıxış edəcəklər. Bu görüşdən əvvəl Prezident hazırda Bakıda keçirilən cüdo üzrə dünya çempionatının bəzi yarışlarına tamaşa edəcək”.