Türkiyə Azərbaycana daha 13 minatəmizləyən maşın göndərib - VİDEO
Türkiyə Azərbaycana daha 13 minatəmizləyən maşın verib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Qarabağda minalı ərazilərin təmizlənməsində istifadə olunacaq "MEMATT"lar (Mexaniki Mina Təmizləmə Təchizatı) qardaş Azərbaycan üçün xeyirli olsun. Ümumilikdə, qardaş Azərbaycana 20 "MEMATT" verilib”, - nazirlikdən bildirilib.