ANAMA-ya 130 ədəd minaaxtaran detektor hədiyyə edilib - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə Fransa Respublikasının ölkəmizdəki səfirliyi arasında avqustun 3-də Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə təqdimat mərasimi keçirilib.

ANAMA-nın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Agentliyin Horadiz regional mərkəzində keçirilən tədbirdə 2022-ci il 25 fevral tarixli niyyət bəyannaməsinə əsasən ANAMA-ya Fransa səfirliyi tərəfindən 130 ədəd minaaxtaran detektor hədiyyə edilib.

Təqdimat tədbirində Agentliyin idarə heyətinin sədri Vüqar Süleymanov və Fransanın ölkəmizdəki səfiri Zakari Qros çıxış ediblər.

ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov qurumun fəaliyyətindən danışıb. O, bildirib ki, səfirlik tərəfindən verilən mina detektorları ölkəmizdə həyata keçirilən mina və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətinə və daha təhlükəsiz şəraitin təmin olunmasına töhfə verəcək.

Sonra tədbir iştirakçıları mina detektorlarına, Agentliyin təşkil etdiyi mina və partlamamış hərbi sursatlara dair sərgiyə baxış keçiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: