Ermənistandan itkilərlə bağlı yeni açıqlama

A- A A+

Azərbaycan Ordusunun ötən gün keçirdiyi antiterror əməliyyatı nəticəsində yaralanan qanunsuz erməni silahlı dəstə üzvlərinin sayı 19-a çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə separatçı rejimin "səhiyyə naziri" Mikael Ayryan bildirib.

"4 yaralının vəziyyəti ağırdır, onlardan birinin vəziyyəti son dərəcə ağırdır, əməliyyat bu yaxınlarda başa çatıb. Digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir", - Ayryan deyib.

Qeyd edək ki, bundan öncə erməni mənbələr 4 separatçının öldüyünü, 15-nin isə yaralandığını bildirmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: