Şəhid Anar Kazımov dəfn olunub - YENİLƏNİB - FOTOLAR

A- A A+

Ötən gün Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində şəhid olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu bu gün dəfn edilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, şəhid Anar Kazımov doğulduğu Şəmkir rayonunun Qaracəmirli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə rayon icra hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, hərbçilər və rayon sakinləri iştirak ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: