Paşinyan: “Ermənistan Azərbaycanın qalan əraziləri ilə Naxçıvanın əlaqəsini təmin etməyə hazırdır”

A- A A+

Ermənistan Azərbaycanın qalan əraziləri ilə Naxçıvanın əlaqəsini bu gün də təmin etməyə hazırdır.

NUHÇIXAN İnformasiya Agentliyi “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında deyib.

O, Qarabağın sülhməramlıların müvəqqəti nəzarəti altında olan hissəsində Ermənistan hərbçilərinin olmadığını əlavə edib.

Paşinyan bölgədəki Rusiya sülhməramlı kontingentinin fəaliyyətinin müəyyən suallar doğurduğunu da bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: